"Tariximizə qarşı bu qədər laqeydlik olmaz" - deputat

5-06-2020, 13:08           
"Tariximizə qarşı bu qədər laqeydlik olmaz" - deputat
Milli Məclisin bu gün keçirilən plenar iclasında Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsi təklif olunub.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

Onun sözlərinə görə, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir:

“Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm xanım Sədr siz də bu məsələni qaldırasınız”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru