"Twitter"in rəhbəri Trampın ittihamlarına cavab verdi

6-06-2020, 19:05           
"Twitter"in rəhbəri Trampın ittihamlarına cavab verdi
"Twitter"in baş direktoru Cek Dorsi ABŞ Prezidenti Donald Trampın ittihamlarına cavab verib. Azvision.az xəbər verir ki, Cek Dorsi etiraz aksiyaları ilə bağlı Prezidentin seçkiqabağı qərargahının yaydığı videonun bloklanmasının qanunsuz olmadığını bildirib.

"Bu, qeyri-qanuni deyil. Video müəllif hüquqlarının pozulması barədə şikayət aldığımız üçün silindi", - deyə Dorsi "Twitter" hesabında yazıb.

Qeyd edək ki, "Twitter" mikrobloqu ABŞ Prezidenti Donald Trampın təşviqat qərargahının nümayişlərlə əlaqədar yaydığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb. Yayılan videoda polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz aksiyaları əks olunub.

Tramp isə öz növbəsində "Twitter”i radikal solçu demokratların tərəfini saxlamaqda ittiham edib və bloklanmanı qanunsuz adlandırıb.
azvizion












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru