Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər

2-07-2020, 00:04           
Həmsədrlər bəyanat yaydı -
İyunun 29 və 30-da həmsədrlərlə və onların iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən videokonfranslar zamanı vasitəçilər sülhə və əsaslı danışıqlara şəraitin yaradılması və saxlanmasının vacibliyini vurğulayıblar.

Bildirilir ki, görüş zamanı tərəflər regionun səhiyyəsinin vəziyyətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti və münaqişənin sülh yolu ilə həlli prosesindəki gələcək addımları müzakirə ediblər. Onlar təmas xəttindəki nisbi sabitliyi müsbət qiymətləndirib və tərəflərin münaqişənin kəskinləşməməsi üçün mövcud rabitə kanallarından istifadə etdiklərindən razı olduqlarını bildiriblər. 9 mart 2019-cu il tarixli bəyanatlarını xatırladan həmsədrlər, son təxribatçı ifadələrin və vəziyyətin dəyişdirilməsi üçün mümkün addımların nizamlama prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər. Sonda həmsədrlər və xarici işlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda görüşmək barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.