Rizvan Talıbov İrəvan Respublikası rəhbərliyindən istefa verib – Bir statusun cəzası

9-07-2020, 17:12           
Rizvan Talıbov İrəvan Respublikası rəhbərliyindən istefa verib – Bir statusun cəzası
Dünən 8 iyul 2020-ci tarixdə Qafar Çaxmaqlının sədrliyi ilə Qərbi Azərbaycan İrəvan Respublikası (QAİR) rəhbərliyinin geniş tərkibdə növbəti toplantısı keçirilib.

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, videokonfrans formatında keçirilən toplantıda ilk olaraq Q. Çaxmaqlı çıxış edib.

O, 04 iyul 2020-ci il tarixdə QAİR-nın dövlət bayrağının qəbul olunması ilə bağlı tanınmış elm və siyasət adamlarından, eləcə də ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızdan gələn təbrik məktublarını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Sonra Respublikanın yaradılması ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunmuş, konseptual əhəmiyyət kəsb edən siyasi və hüquqi məqamlara aydınlıq gətirilib.

Toplantıda həmçinin QAİR departament rəhbəri, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbovun son günlərdə müzakirə predmetinə çevrilmiş, sosial şəbəkələrdə yaydığı paylaşımı ilə bağlı məsələ müzakirə olunub. Bu cür münasibətin Respublikanın məramları ilə üst-üstə düşmədiyi qeyd edilib və iştirakçılar tərəfindən kəskin şəkildə pislənilib.

Toplantı iştirakçıları belə fikirlərin millətimizin ən çox ehtiyac duyduğu həmrəyliyə, milli birliyimizə və bütövlüyümüzə zidd olduğunu qeyd edərək Rizvan Talıbovdan həmin statusu silərək paylaşımlardan qaldırmasını və üzr istəməsini tələb ediblər. R. Talıbovun yazdığı statusu silməkdən imtinasının və sərgilədiyi mövqenin yolverilməz olduğu bildirilərək istefası tələb olunub və nəticədə o, Qərbi Azərbaycan İrəvan Respublikasının bütün strukturlarından istefa verib. İstefa Millət Şurası tərəfindən qəbul edilib.

Qərbi Azərbaycan (İrəvan) Respublikası rəhbərliyi qəti şəkildə bəyan edir ki, Azərbaycan xalqının birliyi və bütövlüyü, vətən torpaqlarının birləşdirməsi, tarixi torpaqlarımıza qayıdışın təmin edilməsi, Qarabağ probleminin həllində millətimizin və dövlətimizin mövqelərinin gücləndirilməsi bizim əsas missiyamızdır, hədəflərimizdəndir. Bu müqəddəs mərama xələl gətirəcək hər hansı addımla bağlı bundan sonra da adekvat qərarlar veriləcəkdir.
Zəruri qeyd: Məncə Rizvan Talıbovun statusu Qərbi Azərbaycan İrəvan Respublikası adından doğan bir statusdur. Əgər eyni dövlətin, eyni millətdən söz gedirsə burda 2-ci bayraq, 2-ci dövlət necə yaranır? R. Talıbovda heç bir günah görmürəm ki onun üstünə bu cür gedilsin.Yaradılmış qurumun özündən xanlıqların sədası gəlir!
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.