İrəvan Türk Dövləti Millət Şurasının Başqanı Sayın Qafar Çaxmaqlı bəy əfəndinin diqqətinə.

13-07-2020, 19:19           
İrəvan Türk Dövləti Millət Şurasının Başqanı Sayın Qafar Çaxmaqlı bəy əfəndinin diqqətinə.
İrəvan Türk Dövləti Millət Şurasının Başqanı Sayın Qafar Caxmaqlı bəy, bildiyiniz kimi İşğalçı ermeni-rus çətələrinin qurub qullandığı erməni terorçu dövlətinin, Azərbaycan Respublikasına hərbi saldırıları getdikcə daha geniş miqyas almaqdadır. Oda bir gərçək ki, bu teror, dövləti, yerli Türklər soyqırıma məruz qalaraq ata yurdlarını tərk etdirilərək tarixi Azərbaycan topraqlarında qurulmuşdur. Sizin Başqanlığınızda qurulan Mühacir İrəvan Türk Dövləti Ata Yurda dönüşü, tarixi milli topraqlarımızda Dövlət quruluşunun gerçəkləşməsini hədəfləyir. Oda bir gerçək ki, bu qutlu mücadələdə uluslararası hüquq və haqq sizinlədir.
Bu sorunlu günlərdə sizə və başqanlığını yürütdüyünüz Millət Şurasına müraciət edərək xaiş edirəm ki, İrəvan Türk Dövlətinin quruluşu başa çatana qədər ordu quruculuğunu Millət Şurası öz üzərinə götürsün və İrəvan Türk Dövlətinin Özgürlük Ordusu(İTDÖO) yaradılsın. Yaradılmış Özgürlük Ordusu Tarixi Yurdlarımızın erməni terorcu güclərdən azad edilməsini öz üzərinə götürsün. İTDÖO hərbi sıferbərlik etsin, əsgəri təcrübəsi olan dünya türkləri ordu quruculuğuna cəlb edilsin.
Sayın Başqan, inanıram ki, ən qısa zamanda müraciətimiz müzakirə olunub uyğun qərarlar veriləcəkdir.

Sayqılarla, Cahandar Bayoğlu.
Turan Partiyası GK Başqanı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.