Təklif verək, tələb qoyaq, amma ölkəmizi təhlükə altında qoymayaq” - Razi Nurullayev

15-07-2020, 12:15           
Təklif verək, tələb qoyaq, amma ölkəmizi təhlükə altında qoymayaq” - Razi Nurullayev
Təklif verək, tələb qoyaq, amma ölkəmizi təhlükə altında qoymayaq” - Razi Nurullayev

Küçələrə axışan insanların əksəriyyəti ürəyində Qarabağın nisgilini daşıyanlar, şəhid olmuş əsgər və zabitlərimizə görə göz yaşı tökən vətəndaşlarımızdır. Amma, insan seli çoxalanda o artıq kütləyə çevrilir və o da öz gücünü, emosiyalarını önə çıxıb idarə etmək istəyənlərə təhvil verərək bir alətə çevrilir. Artıq bu gücü necə idarə etmək, yönləndirmək idarə edənlərin özlərinin hansı məqsədə, hansı qüvvəyə qulluq etməsindən asılıdır.
Teref.az yazır ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib. O, gecə Qarabağ üçün keçirilən yürüşün bir qrup təxribatçı üzündən dövlətçilik üçün təhlükəyə çevrildiyinə görə dağıldığını bildirib:


“Bu gün birlik, həmrəylik, Ali Baş Komandanın ətrafında daha sıx birləşmək zamanı deyilmi? Parlamentə zorla daxil olmaq, polislə münaqişəyə getmək, maşınını aşırmaq biabırçılıqdır. Millətin dərdi böyükdür, onun üzərinə niyə yeni dərd gətirmək istəyənlər var? Axı polislər sizinlə birlikdə addımlayırdı və maneçilik də törətmirdi. Bu qüvvəni pis yöndə idarə edənlər, məsələni siyasi mübarizə və az qala hakimiyyət dəyişikliyi müstəvisinə daşıyanlar məsuliyyət daşıyırlar və bu aydın ediləcək.

Mən Razi Nurullayev, digər deputatlar Anar İsgəndərov, Məşhur Məmmədov, İqbal Məmmədov, Cavanşir Paşazadə və Musa Qasımlı dünən axşam Masallı şəhəri, Ərkivan kənd şəhidi Anar Novruzov Gülverdi oğlunun dəfnində iştirak edirdik. İnsan seli var idi, Masallı polis rəisi, bütün polislər, digər hüquq-mühafizə orqanlarının əməkdaşları əsayişi çox gözəl də qorudular, insanlar arasında əzildilər, sıxıldılar, qan-tərin içində vəzifələrini icra etdilər. Bu da bizim polislərdir, Bakı da, Şəki də”.

Deputat xalqı birliyə səsləyib:

“Xalqımız birliyə, bir olmağa və erməni qəsbkarlarına qarşı amansız mübarizəyə səsləyirəm. Amansız mübarizənin isə xəritəsini dövlət çizir, Prezident müəyyən edir, biz yerinə yetiririk. Təklif verək, tələb qoyaq, amma qanunsuz hərəkətlərə yol verib ölkəmizi təhlükə altında qoymayaq”.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.