"Çeçen"lər kilsədə ayaqqabı yudu, Kadırov cavab verdi: “Bu, həyasızlıq deyil...”/Video

17-09-2020, 10:26           
"Çeçen"lər kilsədə ayaqqabı yudu, Kadırov cavab verdi: “Bu, həyasızlıq deyil...”/Video
Çeçenistanın rəhbəri Ramzan Kadırov Qafqazdan olan naməlum şəxslərin Kalininqradda bir pravoslav kilsəsinin yaxınlığında bulaqda çəkmələrini yuduqları barədə yayılmış qalmaqallı videoya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, mediada və sosial şəbəkələrdə gənclərin çeçen olduqları bildirilir. Kadırovun sözlərinə görə, bu heç də belə deyil.

“Bu hadisəyə inanclı insanların heç biri laqeyd qala bilməz. Baş verənlər sadəcə həyasızlıq deyil, hadisə iştirakçılarında əxlaqın tamamilə olmadığının göstəricisidir. Ancaq medianın və bloqsferanın belə hadisələrə dərhal milli rəng verdiyini oxumaq mənə heç vaxt xoş gəlmir. Gənclər dərhal çeçen adlandırıldı və bu mesaj bütün xəbər lentlərindən dalğa kimi keçdi.

Nəticədə mənim təşəbbüsümlə başlanan yoxlamanın aşkarladığı kimi, onlar heç də çeçen deyillər. Bununsa əhəmiyyəti yoxdur.

Bir insanın səfehlik üzündən cinayət törədə biləcəyi aydındır, indiki halda onlar dini və milliyyəti olmayan insanlardır, qanunda nəzərdə tutulmuş cəzanı mütləq çəkməlidirlər”, – deyə Çeçenistan rəhbəri “Telegram-kanal”ında yazıb.

Qeyd edək ki, sentyabrın 14-də sosial şəbəkədə bir neçə gəncin gülərək pravoslav məbədində ayaqqabılarını yuduqlarına dair video yayılıb. “Bu, onlar üçün müqəddəs sudur, ancaq biz təbiət etibarilə ayaqlarımızı təmizləyirik”, – deyə videonun “qəhrəmanlarından” biri deyib.

Videoya etiraz olaraq çoxlu şərh gəlib. Daha sonra hadisə iştirakçılarından biri video yayaraq suyun “bu qədər ciddi su olduğunu” düşünmədiklərini bildirib və üzr istəyib.

Videoda çəkilən gənclərin Dağıstan əsilli olduğu aydınlaşıb.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.