Azərbaycan Rusiya və İranı sıxışdırır - Yaxın gələcəkdə nələr gözlənilir?

25-09-2020, 18:28           
 Azərbaycan Rusiya və İranı sıxışdırır -
Azərbaycan Rusiya və İranı sıxışdırır
“Azərbaycanın Avropanın enerji diversifikasiyasında rolu artıqca təzyiqlərin ağırlığı artır. Ölkəmizin enerji sahəsində artan rolu yeni təhdidlərlə üzləşməyə səbəb olur”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi” və onun seqmentləri olan "TANAP-TAP" boru kəmərləri gələn ildən Avropanın enerji təchizatında mühüm rol oynayacaq.

"Şahdəniz-2" qaz kondensat yatağından hasil edilən mavi yanacaq və "Qarabağ" yatağının işlənməsidən sonra Rusiya və İranın Avropa qaz bazarına yolu bağlana bilər. Bir tərəfdən Mərkəzi Asiyanın xüsusilə, Türkmənistan qazının Avropaya ixracı da gündəmdədir. Rusiya və İran "Transxəzər" boru kəmərinin çəkilməsini müvəqqəti əngəlləsə də, Türkiyənin burada artan rolu bu boru kəmərinin tikintisinin reallaşmasına və Türkmən qazının “TAP”a qoşulması ilə ciddi geosiyasi, geoiqtisadi dəyişliklər olacaq. Məhz Ermənistanın artan təxribatları, Rusiya və İranın pərdəarxası dəstəyi, məhz geosiyasi və geoiqtisadi layihələrin qarşısını almağa yönəlib”.

Politoloq əlavə edib ki, Azərbaycana gələn ildən qaz ixracından yeni gəlirlər gələcək:

“Bu gəlirlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına, xarici təhdidlərə qarşı milli birliyin formalaşması üçün xalqın sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasina yönləndirilməlidir. Ölkə ətrafında çox ciddi təhlükəsizliyi təhdid edən çağırışlar var. Bu hələ bir neçə il davam edəcək. Ona görə də artan geopolitik gərginlik mərhələsində ölkənin təhlükəsizliyini bütün aspektlərdən təmin etmək mütləqdir. Əksi isə ölkəmiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Siyasi-iqtisadi və hüquqi islahatlarin keçirilməsi daxili imkanları inkişaf etdirməklə, ölkəmizin mövqeyini gücləndirə bilər”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.