Ermənistanın müharibə cinayətləri Meksika mətbuatında

24-10-2020, 05:31           
Ermənistanın müharibə cinayətləri Meksika mətbuatında
Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin “Azərbaycan Ermənistanla niyə müharibədədir” (Why Azerbaijan is at war with Armenia https://pulsenewsmexico.com/2020/10/22/why-azerbaijan-is-at-war/) başlıqlı məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində qanunsuz olaraq Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayaraq bu əraziləri tərk etməkdən imtina etdiyi qeyd olunur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal etdiyi və bir milyona yaxın dinc əhalinin öz yurdlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır, Azərbaycan ərazilərinin ermənilər tərəfindən vəhşicəsinə işğalının beynəlxalq ictimaiyyət tərəfindən “planlaşdırılmış etnik təmizləmə” kimi qəbul edildiyi vurğulanır.

1994-cü ildə iki ölkə arasında atəşkəs rejiminin elan olunmasına və beynəlxalq təşkilatların vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistanın tərəfindən dəfələrlə təxribata əl atıldığı və atəşkəs rejiminin pozulduğu bildirilir.

Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən münaqişənin həlli istiqamətdə heç bir addım atılmadığı bildirilir.

Məqalədə həmçinin, Ermənistanın bu gün də Azərbaycan torpaqlarını işğal edərək istismar etdiyi, bir vaxtlar məhsuldar olan tarlaları yandırdığı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər təbii sərvətlərdən 30 il ərzində olduğu kimi istifadə etdiyi qeyd edilir.

Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan yenidən təxribata əl ataraq cari ilin iyul ayında yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub. Həmin dövrdən başlayaraq dəfələrlə Ermənistan tərəfinin təxribatları ilə cəbhədə gərginliyin yaşandığı qeyd olunur.

Məqalədə həmçinin Azərbaycan tərəfinin haqlı olaraq uzun illər boyu diplomatik yollarla həll edilə bilməyən münaqişəni 30 il bu ədalətsizliyə dözdükdən sonra işğal olunmuş torpaqlarını azad etməklə həlli qərarına gəldiyi vurğulanır və torpaqlarını düşmən işğalından tamamilə azad etməyənədək dayanmayacağı qeyd olunur. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutduğu oxucularn diqqətinə çatdırılır.

Son üç həftə ərzində Azərbaycan ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını, həmçinin İran İslam Respublikası ilə sərhəd əraziləri işğaldan azad etdiyi bildirilir və bu müharibədə Azərbaycanın qalib olduğu vurğulanır.

Müəllif bu müharibənin əsas səbəbinin Ermənistanın qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal etməsi olduğunu, Ermənistanın bu münqaişə boyu hər zaman təcavüzkar olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarını işğaldan azad etməyə çalışdığını bir daha oxucuların diqqətinə çatdırır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.