Britaniya xarici işlər naziri Kiyevdə Zelenski ilə görüşdü: “Mən bu gün sizə bu sözü verdim” - FOTO

26-11-2022, 11:24           
Britaniya xarici işlər naziri Kiyevdə Zelenski ilə görüşdü:
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.


Bu barədə Kleverli öz “Twitter” səhifəsində məlumat verib.

“Prezident Zelenski, Böyük Britaniya sizi sözlərlə deyil, əməllərlə dəstəkləyir.

Bu gün sizə bu sözü verdim. Böyük Britaniya bunu yerinə yetirmək niyyətindədir”, - deyə Kleverli qeyd edib.

Xəbər verildiyi kimi, bu, Böyük Britaniya Xarici İşlər Nazirliyi rəhbərinin Kiyevə ilk səfəri olub.

O, Ukraynaya əlavə yardım paketini elan edib. Buraya təcili yardım maşınları və zirehli maşınlarla yanaşı 3 milyon funt sterlinq də daxil olacaq.

Bu pul vəsaiti müharibə başlayandan bəri dağıdılmış infrastrukturun, xüsusilə məktəblər və uşaq evlərinin bərpasına kömək üçün nəzərdə tutulub.

Vəsait həmçinin Rusiyanın təcavüzü zamanı cinsi zorakılıq qurbanlarına dəstək tədbirlərinə yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru