AZERSUN-da qalmaqal-Hamilə olduğu üçün işdən qovuldu

20-11-2019, 08:59           
AZERSUN-da qalmaqal-Hamilə olduğu üçün işdən qovuldu
AZERSUN Holdingin adı qəribə bir qamaqalda gündəmə gəlib. AzTimes.az saytına müracit edən Bağırova Elmira Rasim qızı onun qeyri-qanuni şəkildə heç ağlagəlməz bəhanə ilə işdən atılmasını iddia edir.

” Hörmətli redaksiya . Yazıb sizə bildirirəm ki, mən bir müddətdir ki, işsizəm. AZERSUN Holding şirkətlər Qrupunun işçi elanını görüb CV verdim. Bir neçə gün sonra telefonuma “Hormətli namizəd,siz Bazarstore vakansiyaları(satici,kassir,paketçi ve qəssab) ilə bağlı sabah 05.11.2019 tarixində Saat 10:00-da iş görüşməsinə dəvət olunursunuz.Gələrken 1 ədəd 3×4 şəkil, şəxsiyyət vəsiqəsi,h/bilet,təhsil sənədi və əgər varsa əmək kitabçası gətirməyiniz xahiş olunur.Gəlişinizi cavab mesajı ilə təsdiqləyin.
Unvan:Bazarstore MMC bas ofis,Dərnəgul qəs. 108; Cermet korpusunun yanı. 20 yanvar m/s-dan 7A, Xalqlar dostlugu,Neftciler,Qarayev m/s-dan 11 ve 7A, Nərimanovdan işə 24 nomrəli avtobus ilə gələ bilərsiniz.
Hormətlə Bazarstore insan resursları departamenti.” məzmunlu mesaj yönləndirildiyini gördüm. Aidiyyatı üzrə göstərilən ünvana getdim və şirniyyat bölməsində işə başladım. İki gün ilədikdən sonra işçi xanımlardan biri məndən hamilə təəsüratı yaratdığımı deyəndə ona bildirdim ki, mən ailəliyəm və dörd aylıq hamiləyəm. Xanım bu barədə müdriyyətə məlumat verəcəyini dedi. Bildirdi ki, mən məruzə etməsəmişdən atılaram. Mən xanıma onun da mənim kimi sadə işçi olduğunu, müdriyyətə mənim durumum haqda məlumat verməsinin onun vəzifə səlahiyyətlərinə aid olmadığını bildirməmə baxmayaraq qadın müdriyyətə bu barədə məruzə etdi. BazarStore – nin mən çalıdığım filialına rəhbərlik edən Elnur bəy məni yanına çağıraraq hamilə olduğumu onlardan gizlətdiyim üçün işdən azad olunduğumu bildirdi. Mən onlara ailə vəziyyətimin yaxşı olmadığını, yoxsa bu durumda işləmək məcburiyyətində olmadığımı bildirib and-aman etsəm də, o, məni dinləmədi və baş ofislə əlaqə saxlayaraq əmək kitabçamı götürməyimi tələb etdi. Kör-peşman evə döndüm. Baş ofislə əlaqə saxladıqda onlar nə zaman xəbər etsələr əmək kitabçamı o zaman verəcəklərini dedilər. Mən AZERSUNun qaynar xəttinə olanlar haqda məlumat verdim, onlar araşdırma aparılaraq mənə məlumat verəcəklərini dedilər. Mən hal-hazırda işsizəm. Hamilə olmağım barədə işlədiyim quruma məlumat verməli olmam haqda qanun barədə məlumatsızam.”

Əmək məcəlləsində belə bir maddə bizim də qarşımıza çıxmadı. Əminik ki, Holding rəsmilərindən açıqlama gecikməz. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

AzTimes.az.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.