Bakıxanov qəsəbəsindəki “Qafqaz” restoranında erməni mahnısı oxudulur-FOTO

20-11-2019, 15:09           
Bakıxanov qəsəbəsindəki “Qafqaz” restoranında erməni mahnısı oxudulur-FOTO
“Bakının Bakıxanov qəsəbəsində “Badi-Kübə” restoranı ilə üzbəüz olan “Qafqaz” adlı restoranda erməni mahnıları səsləndirilir”. Belə bir iddia ilə jurnalist Zərdabi Abbasov çıxış edib. Azinforum.az jurnalistin sosial şəbəkədəki hesabında paylaşdığı fikirləri olduğu kimi təqdim edir: “Rusiyadan qonağımız gəlib. Bakıxanovda restoranda xəngəl yeyirik. Fonda da musiqi gedir. Çəngəllərin qızğın işlədiyi bir vaxtda birdən qonaq (əslən Qərbi Azərbaycanlıdır) əlini saxladı və təəccüblə soruşdu:
– Bunlar niyə erməni mahnısı oxudur?
– Dedim, nə bilirsən erməni mahnısı olduğunu?
-Mən erməni dilində ermənidən yaxşı bilirəm.
Maraq üçün ofsiantı çağırdim. Məlum oldu ki, kompüter davamlı mahnıları verib və novbə erməni mahnısına çatib. Heç kimin də xəbəri yox, hamı da sakitcə qulaq asır”.

Qeyd edək ki, jurnalist məhz restoranda yemək yediklərini əks etdirən fotonu da səhifəsində paylaşıb.

Səslənən fikirlərlə bağlı restoran rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.