Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb - "...bu şprislərin satışının lobbiçiliyi aparılır"

21-11-2019, 15:34           
Saxta şprislərlə bağlı AİİB-in sədri “razborkaya”çağrılıb - "...bu şprislərin satışının lobbiçiliyi aparılır"
Son dövrlərdə media vasitələrində saxta və keyfiyyətsiz şprislərlə bağlı silsilə yazılar gedəndən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yayılan məlumatlara münasibət bildirib. Mərkəzin yaydığı məlumata görə, AEM-ə standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb. Bununla belə AEM vətəndaşlara hər hansı şikayət olduğu halda onlara məlumat verilməsini tövsiyyə edib.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov yaranmış vəziyyətdən narahat olaraq məsələnin araşdırlması ilə bağlı aidiyyatı quruma müraciət edib. Onun müraciəti fərqli formada qarşılanıb.

Bu barədə “Ölkə.Az”açıqlama verən AİİB sədri Eyyub Hüseynov bildirib ki, noyabrın 20-də standartlara uyğun olmayan, aptekləri zəbt etmiş,vətəndaşların sağlamlığı üçün təhlükə törədən şprislərlə bağlı dövlət orqanlarına və mətbuata verdiyim məlumatlara görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə çağrıldım.

“Əslində onlar məni ora məsələni müzakirə edib, araşdırmağa yox, “razborka”ya çağırmışdılar. Mərkəzin 4 əməkdaşı ilə aramızda gedən müzakirəni ancaq “razborka” adlandırmaq olar. Çünki, orada gedən müzakirələrdə məlum oldu ki, bu şprislərin satışının lobbiçiliyi aparılır. Ona görə də nə ekspertiza sənədinə, nə yeni qəbul olunmuş standartlara, nə də nazir müavininin imzası ilə standartlara, nə də nazirliyin təkliflərinin 8.13.4 bəndinə məhəl qoyulmur”, - deyə AİİB sədri deyib.
O əlavə edib ki, saat yarım davam edən sözgüləşdirməsi onunla nəticələndi ki mən”haqsızam”. Onların fikrincə, kim necə istəyirsə elə də qazanır:

“Böyük dövlət vəsaiti hesabına tikilib istifadəyə verilmiş şpris zavodunun rəhbərliyi də, heç vecinə almır ki, niyə təhlükəli şprislər bazarı zəbt edib?!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.