Bəs Gömrük komitəsi daxili bazarı qoruyurdu?: rəqəmlər nə deyir?

22-11-2019, 17:13           
Bəs Gömrük komitəsi daxili bazarı qoruyurdu?: rəqəmlər nə deyir?
Bəs Gömrük komitəsi daxili bazarı qoruyurdu?:
ƏDV iqtisadi artımın əsas göstəricisidir, bu vergi üzrə 2020 -ci ildə daxilolmalar 4 mlrd 735 milyon manat proqnozlaşdırılıb, idxaldan 2 mlrd 705 milyon manat, özümüzün yaratdığımız ƏDV isə 2 mlrd 030 milyon manat. Yəni ölkədə yaratdığımız əlavə dəyərdən tutulan vergi, xaricdən idxal olunandan 675 milyon manat və ya 25% azdır. Bu verginin son ödəyicisi istehlakçı olduğundan bütün bu vəsaitlər vətəndaşların cibindən çıxır və xarici iqtisadi tərəfdaşlara gedir...

Gundeminfo.az xəbər verir ki, bu barədə iş adamı Nazim Bəydəmirli bildirib.

ƏDV-yə zaman kontekstində baxsaq, görərik ki, 5-6 il öncə 2014-cü ilin dövlət büdcəsində 2139 mln manatla müqayisə etdikdə 109 milyon azalır (5% dən çox) demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması dinamikası çox zəifdir..ancaq Gömrük xətti ilə idxaldan alınan ƏDV 2705 mln manat proqnozlaşdırılır, xatırladım ki, 2014-cü ildə idxaldan ƏDV 1070 manat olub...artım 1635 mln manat və ya 2.5 dəfə çox...bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki keçən ilin əvvəlindən gömrük statistikasının vergilər nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmlı olan həcminə aydınlıq gətirir..Gömrük komitəsi büdcədən nə qədər "yayındırıb"?

Ümumiləşdirib belə də demək olar, Gömrük siyasəti daxili bazarı qoruya bilməyib, qoruması da mümkün deyil. Hələ dünyada heç bir ölkə yüksək gömrük tarifləri ilə nə daxili istehsalı qoruyub, nə də rəqabətə davamlı ixrac yönümlü "marka, brend" yarada bilib. "Daxili bazarı qorumaq" şüarı qlobal bazarda "taftalogiya"-dır, PR-dır və monopolistlərə xidmət edir. Qapalı iqtisadiyyatlarda "yalnız tariflərlə daxili istehsalı qorumaq" ölkəni ancaq xammal ölkəsinə çevirməyə yararlıdır, qiymətlərin bahalaşmasından başqa bir işə yaramır. Bu işlər iqtisadi fəallığı artırmaqla, təşviqlə, real sahibkarlığın inkişafını şərtləndirən 10-larla faktorun da olmadığı halda indiki vəziyyət yaranır...

Teref.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.