Naxçıvan FHN-dən anormal qərar – “Soyuqdan qırılırıq…”

9-12-2019, 10:09           
Naxçıvan FHN-dən anormal qərar – “Soyuqdan qırılırıq…”
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki binalara istilik fasilə ilə verilir. “Reportyor.info” bu barədə Naxçıvandakı mənbəsinə istinadla xəbər verir. Məlumata görə Naxçıvan FHN tabeliyində olan idarə və rayon şöbələri günün müəyyən saatlarında istiliklə təmin olunur. “Bilirsiziniz ki, Naxçıvanda hava şəraiti çox sərtdir. Havalar soyuduqca idarədə istiliksiz fəaliyyət göstərmək mümkün deyil. Axşam saat 21:00-dan gecə saat 04:00-a qədər qazanxanaları işə salırlar. Sutkanın 7 saatı FHN binaları istiliklə təmin olunur. Geridə qalan 17 saat istilik verilmir. Bu barədə nə qədər şikayət edilsə də, heç bir nəticəsi olmayıb. Məlumata görə, bu anormal qərarı Naxçıvan FHN naziri Şamo Abdullayev verib. Və hər bir idarə və şöbələrə aylıq 150 manat limit qoyub. Normal qaydada bir idarə 150 manatla 10 gün istiliklə təmin oluna bilər. Nazirin qoyduğu limitin ötməməsi üçün bütün şəhər idarəsi və rayon şöbələr 7 saat istiliklə təmin olunur. FHN əməkdaşları 17 saatı isə soyuq daş divarlar arasında işləməyə məcbur edilir”, deyə şikayətdə bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.