Yeni ili bölgələrdə keçirmək neçəyədir? – Qiymətlər

13-12-2019, 08:43           
Yeni ili bölgələrdə keçirmək neçəyədir? – Qiymətlər
Regionlarda yerləşən otel və restoranlar Yeni ili təbiət qoynunda keçirmək istəyənlər üçün müxtəlif təkliflər hazırlayıblar.

Axar.az xəbər verir ki, 31 dekabr tarixinə Yeni il gecəsi təşkil edən otellərdən biri “Lankaran Springs Vellness Resort”dur. 31 dekabr-2 yanvar tarixinə kimi nəzərdə tutulan bayram tətilinin qiyməti 2 nəfər üçün 870 manatdır.

Yeni ili Nabranda yerləşən “River Inn hotel”də qarşılamağın qiyməti isə 780 manatdır. 2 nəfər üçün nəzərdə tutulan qiymətə ancaq oteldə gecələmək daxildir. İstirahət müddəti 31 dekabrdan 2 yanvara kimi davam edəcək.

Yeni ili Şabrandakı “Qalaaltı Hotel & Spa” beşulduzlu otelində keçirmək isə 1030 manatdır. 31 dekabrda başlayan tur 2 yanvarda başa çatır. Qiymət 2 nəfər üçün nəzərdə tutulub. Qiymətə ancaq oteldə gecələmək daxildir.

Naftalanda yerləşən “Garabağ Resort & Spa” otelində Yeni il gecəsi 30 dekabrdan başlayır və 2 yanvar tarixində başa çatır. 4 günlük tətil 2 nəfər üçün 890 manatdır.

Şamaxıdakı “Şərədil” otelində Yeni il gecəsi 1250 manatdan başlayır. 31 dekabr tarixindən 2 yanvar tarixinə kimi davam edən tətilin qiyməti 2 nəfər üçün nəzərdə tutulub.

Şəkinin məşhur “Marxal Resort & Spa” beşulduzlu otelində 2 nəfər üçün Yeni il gecəsi 1560 manatdır. 30 dekabrdan başlayan tətil 1 yanvara qədər davam edəcək.

Qax şəhərindəki “El Resort” otelində Yeni il gecəsini qeyd etməyin qiyməti 2 nəfər üçün 850 manatdır. 31 dekabr tarixindən başlayan tətil 2 yanvar tarixində başa çatacaq.

Mingəçevirdə “Agsaray Deluxe Hotel & Spa” mərkəzində 30 dekabrdan 2 yanvara qədər davam edən tətilin bir nəfər üçün qiyməti 255 manatdan başlayır. 29 dekabrdan 2 yanvara kimi davam edən tətilin qiyməti isə bir nəfər üçün 325 manatdır. Qiymətə yalnız oteldə gecələmək daxildir.

“Cənnət Bağı Quba” otelində Yeni il bayramı qeyd etmək və 3 gecə/4 gün dincəlmək bir nəfər üçün 335 manatdır. 4 gecə/5 gün dincəlmək və Yeni ili qeyd etmək isə bir nəfər üçün 410 manatdan başlayır.

Altıağacın “Cənnət Bağı Altıağac” otelində 30 dekabrdan 2 yanvara qədər davam edən tətil və Yeni il gecəsi bir nəfər üçün 339 manatdır.

29 dekabrda başlayan tətil bir nəfər üçün 414 manat təşkil edir. Qiymətə gündə 3 dəfə qidalanma, Yeni il gecəsi proqramında iştirak, hovuz və fitnes mərkəzindən istifadə, sauna daxildir.

“Qafqaz Karvansaray” adlı dördulduzlu oteldə 30 dekabrdan 1 yanvara qədər davam edən tətilin qiyməti 350 manat (Yeni il gecəsi şam yeməyi əlavə olaraq 360 manat), “Qafqaz Thermal” (dördulduzlu) otelində 440 manat (şam yeməyi 320 manat), “Qafqaz Resort” (dördulduzlu ) otelində 415 manat (Yeni il gecəsi şam yeməyi 360 manat), “Qafqaz Sport” (beşulduzlu) otelində 460 manat (Yeni il gecəsi şam yeməyi 360manat), “Qafqaz Riverside” (beşulduzlu) otelində isə 580 manatdır (Yeni il gecəsi şam yeməyi 500 manat).

Qiymətlərə oteldə gecələmək, səhər yeməyi, fitnes və hovuzdan istifadə daxildir. Qeyd edilən qiymətlər 2 nəfərlik otaqda 2 nəfər üçün qeyd olunub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.