Aprel döyüşçüsünün əlilliyini kim ləğv edib? - GİLEY

13-12-2019, 08:53           
Aprel döyüşçüsünün əlilliyini kim ləğv edib? - GİLEY
Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi R. Abdullayev küçəsi ev 2, mənzil 5-də yaşayanAprel döyüşçüsü, 2-ci qrup hərbi əlil, ehtiyyatda olan əsgər Oruclu Mürsəl Ziyafəddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Məlumat üçün Sizə bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 04.07.2015-ci ildən 29.09.2015-ci ilədək 704 saylı hərbi hissədə, 30.09.2015-ci ildən 01.01.2017-ci ilədək 181 saylı hərbi hissədə xidmət etmişəm. 04 aprel 2016-cı ildə döyüşlərində yaralanmışam və hal-hazırda ehtiyatdayam.

2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə iştirak edmişəm.

24.08.2017-ci ildə mənə 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliktəyin edilmişdir.

Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 24.08.2017-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən pensiya alırdım.

Lakin noyabr 2019-cu ildə yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir.

Bu barədə 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə müraciət etmişəm.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi və mənim əliliyimin etibarlı sayılması üçün Daxili İşlər Nazirliyinin Hospitalı tərəfindən 4110003AABQW f 88 bərpa edilməsi üçün DTSERX-nə məktum göndərilməsinə və 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpaedilməsinə köməkdarlıq edəsiniz".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.