Tenderlərə təzəcə başlayıb – ARTIQ 8 MİLYONLUQ MÜQAVİLƏSİ VAR

2-06-2020, 10:10           
Tenderlərə təzəcə başlayıb – ARTIQ 8 MİLYONLUQ MÜQAVİLƏSİ VAR
Azərbaycanın dərman biznesində, xüsusilə də dərman alınması ilə bağlı dövlət tenderlərində yeni oyunçu var.

FED.az xəbər verir ki, Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatıarının və materiallarının alınması öarədə tenderin nəticələrini açıqlayıb. Tenderin qalibi «Solamedical» MMC olub. İyunun 1-də bu şirkətlə 5,8 milyon manatlıq müqavilə bağlanılıb.
Xatırladaq ki, cəmi bir ay əvvəl «Solamedical» MMC daha bir böyük dövlət tenderini qazanıb. Şirkət Ədliyyə Nazirliyi Tibbi Baş idarəsinin elan etdiyi Dərman preparatlarının və sarğı materiallarının satın alınması üzrə 2 milyon manatlıq tenderin qalibi olub. Aprelin 28-də onunla 2 milyon 90 min manatlıq müqavilə bağlanılıb.

Başqa sözlə, adı çəkilən şirkət son bir ayda üst-üstə 8 milyon manatlıq tender qazanıb.

Qeyd edək ki, «Solamedical” MMC cəmi 6 ay əvvəl yaradılıb.

Bakının Nizami rayonu, Heydər Əliyev Prospekti, ev 115-də qeydiyyatdan keçən şirkətin nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi Novruzova Şəhla Mustafa qızıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru