İşzilik statistikası niyə açıqlanmır? - Sahil Babayevin rəqəmlərinin "sehri"...

8-07-2020, 17:15           
İşzilik statistikası niyə açıqlanmır? -  Sahil Babayevin rəqəmlərinin "sehri"...
Azərbaycanda aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını indiyə qədər açıqlamayan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (ƏƏSMN) sevə-sevə səsləndirdiyi rəqəm ilin əvvəlindən 110 min gizli iş yerinin leqallaşdırılmasıdır. Ağardılmış iş yerləri iqtisadiyyatda müsbət meyl kimi dəyərləndilir.
Teref.az yazır ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu öz analitik yazısında vurğulayıb. Daha sonra Qubad İbadoğlu öz fikirlərini belə tamamlayır.
Bu fikrin əksinə olmasam da gizli iş yerlərinin leqallaşdırılması (ağardılması) səbəblərinin təhlilini vacib hesab edirəm. Gəlin, görək iş yerlərinin ağardılması hansıı səbəblərdən baş verib.
1) Apel və may aylarında muzdlu işçilərin maaşlarının müəyyən hissəsinin müddətli kompensasiyası proqramının həyata keçirilməsi müzakirə olunarkən bu proqramdan yararlanmaq istəyən işəgötürənlər pandemiyanın ilk dövründə qeyri-leqal iş yerlərinin məşğulluq sistemində qeydiyyatına start verdilər. Amma, işçilərinin qeydiyyatını tez bir zamanda rəsmiləşdirən işəgötürənlər kompensasiya almağa nail ola bilmədilər. Çünki, hökümət yalnız martın 1-ə qədər qeydiyyatda olan muzdlu işçilərin maaşlarının müəyyən hissəsini kompensasiya etməyə qərar verdi.
2) Rəsmi uçotda olmayan işçilər elektron icazə sistemində qeydiyyata dura bilmirdilər. Karantin rejiminədək qeyri-leqal olan işçilərinin işə çıxmasını karantin rejimində təmin etmək istəyən işəgötürənlər işçilərlə rəsmi əmək kontraktı imzalayıb, sonra da icazə portalından qeydiyatdan keçiriblər. Bu da gizli məşğulluğun leqallaşdırılmasına dəstək oldu.
Ən azı bu iki səbəbdən gizli məşğulluqda müsbət tendensiya yarandı və bu da qısa müddətdə müşahidə olundu və davamlı olmadı. Belə olan halda da bu dəyişikliyin geri dönməsi və gizli məşğulluğun əvvəlki səviyyəsinə qayıdacağı gözlənilir. Odur ki, ƏƏSMN tez bir zamanda məşğulluq və işsizlik statistikasına dair məlumatları, ilk növbədə də aprel, may və iyun aylarında məşğulluq orqanlarında qeydiyyatdan keçmiş işsizlərin statistikasını dövrü olaraq açıqlamalıdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.