5-ci hakimiyyət qüdrətini göstərdi- Mətbuat yazdı, arbidolun satışı bərpa olundu: Cavanşir Feyziyev isə "möhtəkirlikdir" deyirdi

8-07-2020, 20:03           
5-ci hakimiyyət qüdrətini göstərdi- Mətbuat  yazdı, arbidolun satışı bərpa olundu: Cavanşir Feyziyev isə "möhtəkirlikdir" deyirdi
"Arbidol pereparatı ilə bağlı problem ictimailəşəndən sonra "AvroMed" şirkəti nəinki öz apteklərinə, hətta digər "AzeriMed" və "Zeytun" kimi dərman depolarına da dərman verib".


AFN xəbər verir ki, bu barədə Mingəçevirdəki əczaçılar məlumat veriblər. Onlar bildirirlər ki, "Zeytun" depodan mal çəkən apteklərə bu gün zəng edərək arbidol lazım olub-olmadığını soruşublar: "Həmçinin əlavə də ediblər ki, gündəlik limit iki paçka olmaqla, artıq bütün apteklər əvvəlki qiymətə sifariş verə bilər. Deməli, ölkədə kifayət qədər bu pereperatın ehtiyatı varmış, sadəcə olaraq süni şəkildə qıtlıq yaradılırmış. Bu cür həssas durumda, bunu hansı düşüncə ilə etdikləri məlum deyil".
Əczaçılar öz növbələrində AFN-ə məsələni ictimailəşdirərək yaradılmış süni qıtlığın aradan qaldırılmasında yardımçı olmağına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Mingəçevirdə fəaliyyət göstərən əczaçılar saytımıza müraciət edərək koronavirusun müalicəsində istifadə olunan arbidol pereparatının yeganə distribüteri olan "AvroMed" şirkətinin süni qıtlıq yaratdığını deyiblər. Biz isə öz növbəmizdə şirkətin mövqeyini almağa çalışsaq da, buna nail olmadıq, bununla belə, şikayətçilərin etirazını işıqlandırmağı özümüzə borc bildik. Müvafiq yazı saytımızda dərc edildikdən sonra "AvroMed"in yaradıcısı, deputat Cavanşir Feyziyev ünvanımıza hədyanlar səsləndirsə də, görünən odur ki, onun bu həssas məqamda etdiyi təxribatı lazımi ünvanlara çatdıra bilmişik. Elə bu səbəbdəndir ki, dünən "Koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli, möhtəkirlik etmək istəyir" deyən C.Feyziyevin şirkəti bu gün apteklərə həmin dərmanı satmağa məcbur olub.
Mövzu diqqətimizdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.