Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - Deputat

11-07-2020, 09:46           
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - Deputat
Ölkədə tətbiq edilən karantin rejimilə əlaqədar əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvt. həcmində artırılmışdı. Hazırda ölkənin bəzi şəhər və rayonlarında karantin rejimi davam edir və mövsümlə bağlı kondisionerdən istifadəyə görə tələbat artıb. Maraqlıdır, karantin tətbiq edilən ərazilərdə işığın limiti yenidən artırıla bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, karantin tətbiq edilən şəhər və rayonlarda kommunal limitlərin artırılması üçün təkliflər verilib:

“Biz əvvəlcədən də təklif səsləndirmişik ki, limit məsələsinə yenidən, xüsusilə yayda baxılmalıdır. Bütövlükdə vətəndaşın ödəmə imkanı xeyli məhdudlaşdığı üçün bu istiqamətdə güzəştlər tətbiq edilməlidir. Tək işıq deyil, digər kommunal xərclərlə bağlı insanların sıxıntısını aradan qaldırmaq lazımdır”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə soğru göndərilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.