"Kontakt Home" DMX-nin sözçüsünü özündən çıxardı: "Səs-küylü reklamlarla qulaq ağrıdıb..."

26-07-2020, 20:44           
"Kontakt Home" DMX-nin sözçüsünü özündən çıxardı: "Səs-küylü reklamlarla qulaq ağrıdıb..."
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov "Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətindən narazılıq edib.
Pravda.az-ın xəbərinə görə, E.Kələntərov deyib ki, şirkət sifarişi vaxtında yerinə yetirmir.

"İki gün əvvəl "Kontakt Home"dan hədiyyə sifariş etmişdim ki, qızımın doğum gününə kimi Bakı ərazisində gətirib çıxartsınlar. Deyəsən, bu şirkətin bacarığı yalnız səs-küylü reklamlarla qulaq ağrıdıb, göz yormaqdan ibarətdir. Nə telefonlarına zəng çatır, nə də saytdakı nömrələri cavab verir. Uşağın ümid dolu baxışlarını görəndə “Kontakt Home”a ürəyimin ən dərin güşəsində saxladığım arzularımı yazıb Sizə başağrısı vermək istəmirəm. Amma gələcəkdə siz də “Kontakt Home”dan onlayn sifariş vermək istəsəz, əvvəlcə ibrətamiz sözlərimi yada salmağınızı istərdim. Ya da azı 7 gün əvvəldən sifariş edin" - E.Kələntərov qeyd edib.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.