"Mercedes-Benz Armenia" ilə bağlı ciddi tədbirlər görüləcək" - "Mercedes-Benz Azerbaijan"

30-10-2020, 10:43           
 "Mercedes-Benz Armenia" ilə bağlı ciddi tədbirlər görüləcək" -
Qlobal brendlərin Qarabağda davam edən müharibə şəraitində Ermənistana dəstək göstərməsi ilə bağlı məlumatlar artmaqdadır. Bu dəfə isə "Mercedes-Benz Armenia" loqosu altında Ermənistan ordusuna 50 milyon dram yardım edildiyi açıqlanıb.

"MediaPost" xəbər verir ki, bu barədə şirkətin Ermənistan nümanəyəndəliyinin "Facebook" səhifəsində məlumat paylaşılıb, o cümlədən Ermənistana və qondarma Dağlıq Qarabağ Respublikasına dəstək nümayiş edilib.

Məsələ ilə bağlı "Mersedes-Benz"in Azərbaycandakı rəsmi təmsilçisi "Avtokapital Azərbaycan" şirkətindən "MediaPost"a bildirilib ki, artıq məsələ ilə bağlı baş ofisə ciddi xəbərdarlıq göndərilib. Brendin Ermənistan nümayəndəliyi ilə bağlı ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, "McDonalds", "Papa Jones" və "Burger King" brendlərinin yerli nümayəndəlikləri Azərbaycanın ərazi bütovlüyü ilə bağlı sosial şəbəkədə dəstək ifadə edib. Bundan sonra ermənilər tərəfindən brendlərin baş ofislərinə şikayət edilib. Nəticədə həmin nümayəndəliklər Azərbaycana dəstək ifadə edən paylaşıblarını siliblər və siyasi proseslərə qarışmadıqlarını ifadə ediblər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.