McDonald’s-ı tərk edən işçilərə böyük dəstək

31-10-2020, 11:29           
McDonald’s-ı tərk edən işçilərə böyük dəstək
“Bizim Market” MMC “McDonald’s Azerbaijan”ı boykot edənlərə dəstək nümayiş etdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə mağazanın rəsmi “Instagram” səhifəsində məlumat yerləşdirilib. Həmin məlumatda qurum rəsmiləri boykot səbəbilə iş yerini dəyişmək istəyən şəxsləri işlə təmin edə biləcəklərini açıqlayıblar:

“Biz birlikdə güclüyük! CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz”.

Eyni addımı “Oven Azerbaijan” MMC də “atıb. Qurum tərəfindən “McDonald’s”dakı işindən ayrılan şəxslərə köməklik göstərə biləcəkləri açıqlanıb:

“Dostlarimiza iş barədə köməklik göstərə bilərik. Bunun üçün 070 256 01 53 və 050 256 01 56 nömrələri ilə əlaqə saxlaya bilərlər. Qarabağ Azərbaycandır!”














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.