Məktəbə getmək istəməyən oğlan valideynlərini baltaladı
Bu gün, 10:14

İngiltərədə yeniyetmə məktəbə getmək istəmədiyi üçün valideynlərinə balta ilə hücum edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.
Qeyd edilib ki, Susseks qraflığından olan 15 yaşlı yeniyetmə böyük balta ilə silahlanaraq valideynlərinə vəhşicəsinə hücum edib: "Hadisə bazar günündən bazar ertəsinə keçən gecə baş verib. Gənc anası və atası yuxuya gedənə qədər gözləyib, sonra soyuq silah üçün qaraja gedib və əməini reallaşdırmaqdan ötrü yenidən evə qayıdıb".
Əvvəlcə məktəbli atasına hücum edərək, onun başına bir neçə zərbə endirib: "Qaranlıq olub və yeniyetmə özü də etiraf edib ki, dəqiq hara vurduğuna əmin deyilmiş. Kişi ağrıdan qışqıraraq arvadının otağına getməyə çalışıb. Səs-küyü eşidən ana çarpayıdan qalxıb. Bundan sonra oğul ona tərəf qaçıb. Qadın yerə yıxılıb. Yeniyetmə bundan sonra olan prosesləri tam xatırlamır".
Hər iki valideyn təcili olaraq Qərbi Susseks Xəstəxanasına çatdırılıb. Həkimlər atanın üzündə və başında altı yara, beş kəllə sınığı və beynində qanaxma, habelə barmağında sınıq və qollarında dərin kəsiklər aşkarlayıblar. Ananın isə qulağı qismən kəsilib, yanağı əzilib, çiynində və omba nahiyəsində ciddi xəsarətlər olub.