Pentaqon NATO hesabına Ukraynaya iki hərbi yardım paketini təsdiqləyib

Bu gün, 10:18           
Pentaqon NATO hesabına Ukraynaya iki hərbi yardım paketini təsdiqləyib
Pentaqon prioritet ehtiyaclar çərçivəsində Kiyevə NATO ölkələrinin hesabına hər biri 500 milyon dollar dəyərində iki hərbi yardım paketini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi hər biri 500 milyon dollarlıq iki partiyanı təsdiq edib.

Avqustun əvvəlində Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, ABŞ və NATO alyans ölkələrinin könüllü töhfələri hesabına silahların sürətlə çatdırılmasını nəzərdə tutan yeni mexanizm işə salır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru