Azəriqaz Suraxanı Qaz İdarəsinin rəhbərliyi məhkəmə qərarlarını saymırlar

16-05-2015, 21:52           
Azəriqaz Suraxanı Qaz İdarəsinin rəhbərliyi məhkəmə qərarlarını saymırlar
Teref. infonun poçtuna gələn şikayət məktubunu sizə təqdim edirik.
Bildiyiniz kimi qızım Nağıyeva Nərgiz Allahverdi qızının işdən qeyri-qanuni ixtisar olunmasıyla bağlı cavabdeh Azəriqaz İB-nin Suraxanı Qaz İstismarı Sahəsinə qarşı işə bərpa və s. iddiasına dair mülki işə Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasında çox hörmətli hakim Məmmədov Məmməd Allahverdi oğlunun sədirliyi ilə hakimlər Bağırova Mədinə Ağacavad qızı,Məmmədov Saqi Əhməd oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyn qızının katibliyi ilə baxılaraq qətnamə qəbul olunmuşdur.Qətnamə cavabdeh Suraxanı QİS-si rəisinin 74/k nömrəli 30.05.2014-cü il tarixli əmri ləğv edilməklə iddiaçı Nağıyeva Nərgiz Allahverdi qızının əvvəlki vəzifəsinə yəni Suraxanı QİS-nin qaz kəmərləri və avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının məcburi ödənilməsi qərara alınmışdır.Qətnamə qanuni qüvvəyə mindikdən sonra hörmətli hakim Məmmədov Məmməd Allahverdi oğlu qətnamənin icra olunmasıyla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Suraxanı rayon icra şöbəsinə icra vərəqi göndərmişdir.Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru I dərəcəli ədliyyə qulluqçusu Rauf Hüseynova tapşırılan bu iş ilə bağlı 01 aprel 2015-ci il tarixdə qərarla icrahata başladığı Bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş 2(103)-5927/2014 saylı 28.11.2014-cü il tarixli məhkəmə əmrində göstərilən tələbi könüllü icra etməklə bağlı Azəriqaza rəsmi məktub göndərərək onlara 10 gün müddət vaxt vermişdir.Həmin məktubda bildirmişdirki həmin müddətdə tələb üzürsüz səbəbdən icra edilməzsə icra məcburi qaydada təmin ediləcək həmçinin icra haqqında azərbaycan Respublikası qanununun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəktlərinin həyata keçirilməsilə bağlı xərclərin Azəriqaz tərəfindən həyata keçirilməsi bildirilmişdir.Nəzərinizə çatdırıram ki əmək məcəlləsinin fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları ilə bağlı 301-ci maddəsində bildirilir.1.Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı onun məzmununda başqa hall nəzərdə tutulmayıbsa bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.2.Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxartdığı qərar cavabdeh tərəfindən icra edilmədikdə,yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.Azərbaycan Respublikası cinayət məcəlləsinin məhkəmənin hökmünü qərarını yaxud digər aktını icra etməmə haqqında 306-cı maddəsinin 1.Qanuni qüvvəyə minmiş. məhkəmə qətnaməsini,hökmünü,qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə,şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya yüz altmiş saatdan iki yüz saata dək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.306.2.Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə-şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.belə gözəl qanunlarımızın olmasından xəbərsiz olan Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru ı dərəcəli ədliyyə qulluqçusu rauf hüseynov 21.04.2015-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin hakimi çox hörmətli Məmmədov Məmməd Allahverdi oğluna rəsmi məktubla müraciət edir.müraciətdə bildirilir.Cavabdeh bizə icra sənədində göstərilən ştat ləğv edildiyi üçün və bununla icra sənədinin təmin etmək qeyri mümkün olduğunu bildirmişdir.Göstərilənlərə əsasən Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq icra sənədi sayılan bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş 2(013)-5927/2014 saylı,28 noyabr 2014-cü il tarixli icra vərəqəsinin izah edilməsi məsələsinə baxmağınızı xahiş edirəm.15.05.2015-ci ildə saat 16-00-da Bakı Apelyasiya məhkəməsinin binasında hakim Məmmədovun həmin tərkibdə heyətlə birlikdə işə baxılaraq iddianın yəni məcburi qaydada icra olunmasıyla bağlı qərar çıxartdı.Bundan sonra bu qərarın icra olunub olunmamasiyla bağlı məsələ necə olacaq bilmirəm.Bircə bildiyim odurki hələlik Azəriqaz Suraxanı Qaz İdarəsinin rəhbərliyi və məhkəmə icraçısı qətnamənin icrasına bilərəkdən problem yaradır.Bu da onlar tərəfindən ölkə qanunlarına sayğısızlıqdır.Bu qanunlar 125 deputat tərəfindən qəbul olunub.Möhtərəm prezidentin fərmanı ilə təsdiq olunub.odurki mən burdan ölkə prezidenti İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya baş prokuror Zakir Qaralova,Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə,Prezident Aparatının Hüququ Mühafizə Orqanlarının İş üzrə müdiri Fuad Ələsgərova,Daxili İşlər Naziri cənab Ramil Usubova və Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova müraciət edərək xahiş edirəm qətnamənin icra olunmasına əngəllik edən Azəriqaz Suraxanı QİS və Suraxanı İcra Şöbəsi haqqında bir tədbir görülməsilə bağlı müvafiq qərarlar verəsiniz.Ümid edirəmki sizlərə müraciətim öz bəhrəsini verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.