Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - FOTO

29-05-2023, 17:28           
Bakıda vandalizm faktı:
Bakıda tarixi binaya kondisioner quraşdırılıb.

TEREF.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Belə ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasına çoxsaylı kondisioner, hətta peyk anteni quraşdırılıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan verilməsi narahatlığa səbəb olub.

Bununla bağlı tənqidlərini qeyd edən sosial şəbəkə istifadəçiləri Memarlar İttifaqını qeyri-peşəkarlıqda ittiham ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru