Zeynəb Xanlarova ABŞ-da yaşayırmış

11-12-2019, 17:18           
Zeynəb Xanlarova ABŞ-da yaşayırmış
"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir".

Teref.az xəbər verir ki, bu sözləri modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru