Sevgilisini döyən məşhur aktyor açıqlama yaydı FOTO

4-07-2020, 10:05           
Sevgilisini döyən məşhur aktyor açıqlama yaydı FOTO
Türkiyənin məşhur aktyoru Ozan Güven sevgilisinə qarşı göstərdiyi şiddətlə bağlı narazılıqlar artdığından açıqlama yaymaq məcburiyyətində qalıb.
“Qafqazinfo” xəbər verir ki, şəxsi instaqram hesabından ictimaiyyətə səslənən aktyorun özü də şiddəti qınayaraq insanları səbrlə məhkəmə nəticəsini gözləməyə səsləyib:
“Bir neçə gündür içərisində olduğum mövzunun məni kədərləndirdiyini bilməyinizi istəyirəm. İstəmədən səbəb olduğum bu məsələyə görə məsuliyyət daşıdığımı düşündüyümdən özümü açıqlama vermək məcburiyyətində hiss etdim.
Şiddət heç bir vicdanla əsaslandırıla bilməz. İstər fiziki, istər psixoloji, istərsə də ictimai olsun, qəbul edilməməlidir və sərt reaksiya verilməlidir. Hər kəsdən hüquqi müddət sona çatana kimi gözləməyi və məhkəmənin verdiyi qərardan sonra addım atmağı xahiş edirəm. Mən səbir edirəm, rica edirəm, siz də səbr edin”.
Xatırladaq ki, bir neçə gün öncə aktyor sevgilisi Deniz Bulutsuza qarşı şiddət göstərib və qadın həmin görüntüləri mediada yayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.