Məşhur iş adamı maska yerinə qadın alt paltarından istifadə etdi -FOTO

11-08-2020, 10:32           
Məşhur iş adamı maska yerinə qadın alt paltarından istifadə etdi -FOTO
ABŞ-nın məşhur iş adamı Con Makafi "koronavirus əleyhinə özünəməxsus tədbir" görüb.

Open.az xəbər verir ki, 74 yaşlı məşhur proqramçı və "McAfee" Şirkətinin qurucusu olan Con Makafi qoruyucu maska yerinə qadın alt paltarından istifadə edib.

Belə ki, həyat yoldaşı ilə birlikdə Norveçə gedən Con Makafi hava limanında saxlanılıb. Məşhur iş adamından xahiş ediblər ki, normal tibbi maskadan istifadə etsin. C.Makafi isə normal maskadan imtina edərək, qadın alt paltarının "daha yaxşı maska funksiyası" daşıdığını bildirib.

Vəziyyəti belə görən polislər Con Makafini göz altına alıblar. Həyat yoldaşını polislərin onun üçün ayırdığı xüsusi otaqda gözləyən, biznesmen, yenə də "boş" dayanmayıb, şampan içərək, vaxtını "mənalı" keçirib.

Daha sonra Norveçə getməkdən vaz keçən C.Makafi şəxsi təyyarəsi ilə Münhenə uçub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.