Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib

15-08-2020, 09:36           
Ədalət Əliyevin xanımının it salonunda ölüm hadisəsi baş verib



Bir neçə gün öncə "Doggie Countre by Nelya" adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.

Dominant.az xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, "Gucci" ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım "Doggie Countre by Nelya" mərkəzinə gələndə isə itinin öldüyünü görüb.

Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.

İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək.

Hadisə ilə bağlı mərkəzin sahibəsi Nailə Əliyeva da video vasitəsi ilə baş verən hadisə barədə fikirlərini söyləyib, həmçinin baş verən hadisədən üzüldüyünü bildirib.

Qeyd edək ki, N.Əliyeva “Lider” TV-nin rəhbəri Ədalət Vəliyevin həyat yoldaşıdır.

Videoları təqdim edirik:


шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.