Azərbaycanlı şairdən türkmənlərə yardım - Çağırışı

23-03-2019, 08:17           
Azərbaycanlı şairdən türkmənlərə yardım - Çağırışı
Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib Sasanian bütün azәrbaycanlılardan sel fәlakәtinә uğramış İran türkmәnlәrinә yardım istәyib.

Axar.az xәbәr verir ki, Hәbib Sasanian sosial şəbəkə hesabında paylaşdığı videosunda İran hakimiyәtini, özәlliklә, paniranistlәri sel fәlakәtinә uğramış türkmәnlәrә dәstәk vermәdiklәri üçün qınayıb və bütün türk xalqından dәstәk istәyib. O bildirib ki, keçmişdә Әhәr vә Vәrziqan şәhәrindә olan zәlzәlә fәlakәti kimi baykota izin vermәmәliyik:

“Novruz bayramı günlərində yağan güclü yağışlar nəticəsində İranın şimalındakı Türkmənsəhra şəhərindəki (Güney Türkmənistan) bəndlərdə suyun miqdarı artıb. Səlahiyyətli orqanlar vaxtında bənd sularını buraxmadığı üçün, nəhayət, "Sarı su" (Qorqanrud) çayında daşqın əmələ gəlib və Qonbəd Kavus, Ağ Qala və ətraf kəndləri sel bürüyüb. Təbii fəlakət nəticəsində insan təlafatı olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub. Hazırda bölgədə 51 kəndin içməli suyu kəsilib, onlara tankerlərlə su daşınır. Bəzi kəndlərin işığı kəsilib, bir neçə kəndə gedən yollar isə torpaq sürüşməsi nəticəsində bağlanıb. Bütöv Azərbaycan Ocaqları olaraq türkmən soydaşlarımızın acısını paylaşır, sel fəlakətindən ziyan görmüş soydaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.