Demirtaş “Hər şey gözəl olacaq” deyən İmamoğlunu “Biz birlikdə gözəlik” deyə dəstəklədi

18-06-2019, 15:53           
Demirtaş “Hər şey gözəl olacaq” deyən İmamoğlunu “Biz birlikdə gözəlik” deyə dəstəklədi
HDP-nin keçmiş həmsədri Selahattin Demirtaş, 23 iyun tarixində təkrar keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyə Seçkiləri ilə bağlı şəxsi “Tvitter” hesabında açıqlama verib. Demirtaşın paylaşmalarını diqqətinizə çatdırırırıq:

“Salam dostlar, necəsiniz? Bizlər yaşxıyıq. Sizi ümidlə izləyirik. Zorla təkrarlanan İstanbul seçkilərinə az qaldı. Baş Mərkəzimiz HDP-nin mövqeyini açıqladı, hamınız bilirsiniz”.

Demirtaş daha sonra yazıb: “Əminəm ki, tərəddüd yoxdur...Demokratiya, sülh, ədalət, bərabərlik, azadlıqlar üçün bir yol açmaq istəyiriksə, HDP-nin seçki ilə bağlı mövqeyi mühümdür”.

“... Bu gün üçün möhtərəm İmamoğlunun dediklərinin dəstəklənməsinin lazım olduğuna inanırıq. Çünki biz birlikdə gözəlik. HDP olmadan, HDP-ni kənarlaşdıracaq heç bir şey lazımınca gözəl ola bilməz. Bəziləri də artıq başa düşsünlər ki, zorla gözəllik olmaz. Hamınıza xiffətli, ürək dolusu salamlar".

Hurriyyet.org













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru