Xamenei benzinin bahalaşmasından danışdı - Xuliqanlar...

17-11-2019, 14:09           
Xamenei benzinin bahalaşmasından danışdı - Xuliqanlar...
İranın Ali dini lideri Əli Xamenei benzinin qiymətinin artmasına etiraz olaraq başlanan aksiyaları sabotaj kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, aksiyalar barədə ilk dəfə danışan ali dini lider benzinin qiymətindəki artımı dəstəklədiyini bəyan edib.

"Bəzi insanlar şübhəsiz, bu qərardan narahatdırlar. Amma bu aksiyalar bizim xalqımız deyil, xuliqanlar tərəfindən həyata keçirilir. Əks-inqilab və İran düşmənləri hər zaman sabotaj və qeyri-sabitliyi dəstəkləyiblər. Bu gün də buna davam edirlər", - deyə Xamenei qeyd edib.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını vəzifələrini yerinə yetirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru