Türkiyəyə müharibə elan etdilər: “Hərbi münaqişəyə hazırıq” - FOTO

5-06-2020, 13:24           
Türkiyəyə müharibə elan etdilər: “Hərbi münaqişəyə hazırıq” - FOTO
Türkiyə ilə hərbi qarşıdurmaya hazırıq.

Publika.az xəbər verir ki, bu sözləri Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos deyib.

Nazir son günlərdə Türkiyənin ölkəsinə qarşı təxribatları artırdığını dilə gətirib: “Türkiyə son zamanlarda olduqca aqessiv davranır. Yunanıstanın ümumi mənada hücum mövqeyi sərgiləyən bu növ davranışlarla mübarizə metodu bir tərəfdən öz diplomatik silahını istifadə etmək, digər tərəfdənsə Silahlı Qüvvələrinin gücünü artırmaqdır. Yunanıstan ordusu hərbi münaqişəyə hazır vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşırıq. Əlbəttə, bu ehtimallar arasında hərbi müdaxilə də var. Buna baş vurmaq istəmirik, amma suverenliyimizi qorumaq üçün mümkün olan hər şeyi edəcəyimizi bilirik”.

Qeyd edək ki, Türkiyə Krit, Rodos və Kipr adalarının cənubunda neft və təbii qaz axtarışları üçün rəsmi sənəd almaq istəyir. Buna görə aidiyyəti qurumlara müraciət ünvanlayıb. Yunanıstan Türkiyənin Aralıq dənizində mövqeyini gücləndirməsindən narahatdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.