Türkiyədə sorğu: AKP yenə liderdir…

2-07-2020, 09:44           
Türkiyədə sorğu: AKP yenə liderdir…
Türkiyədə keçirilən son sorğuda AKP 36 faiz səslə liderliyini qoruyub.

Axar.az xəbər verir ki, bu barədə İstanbul İqtisadi Araşdırmalar rəhbəri Can Səlcuqi deyib.

29-30 iyunda 1514 nəfər arasında keçirilən sorğunun nəticəsinə görə, AKP 36,27, CHP 18,63, HDP 10,43, MHP 9,5, İYİ Partiyası 9,2 faiz səs toplayıb.

AKP-dən ayrılan Əli Babacanın qurduğu DEVA Partiyası isə 2,4 faizlə kifayətlənməli olub.

Respondentlərin 10,7 faizi seçimdə çətinlik çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru