Türkiyə ilə sərhədi açın, yoxsa aclıq olacaq - Uqulava

4-07-2020, 17:58           
Türkiyə ilə sərhədi açın, yoxsa aclıq olacaq - Uqulava
Gürcüstan hakimiyyəti Türkiyə ilə sərhədləri açmalı və insanlara işləməyə imkan yaratmalıdır.

Axar.az xəbər verir ki, bunu Avropa Gürcüstanı Partiyasının sədri Gigi Uqulava deyib. Onun sözlərinə görə, Gürcüstanın qərbindəki əhali Türkiyəyə mövsümi işlərə gedir və ailələrini saxlayırlar:

“Gürcüstanın qərbindən olan şəxsin Türkiyədən qazandıqları onların yeganə gəlir mənbələridir. Üç ay ərzində bir vətəndaşımız təxminən 8000-10000 lari qazanır ki, bununla da bütün il ərzində ailəsini təmin edir. Biz epidemioloji situasiyanı yaxşı başa düşürük və dünyada nə baş verdiyini görürük. Qərbi Gürcüstanda aclıq başlamamış Türkiyə ilə sərhədləri açın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.