İraqdan Türkiyəyə şok təhdid: Torpağımızdan çıxmasanız...

6-07-2020, 00:00           
İraqdan Türkiyəyə şok təhdid:
Türkiyə İraqda hərbi əməliyyata son verməzsə, BMT Təhlükəsizlik Şurası (TŞ) və Ərəb Dövlətləri Liqasına müraciət ünvanlayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Sahhaf deyib.

“İraq bu problemin müzakirəsi üçün BMT TŞ-nin təcili toplantısını çağıra bilər. Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatına da müraciət edə bilərik”, - sözçü bildirib.

O, Türkiyəyə iqtisadi vasitələrlə də təzyiq edilə biləcəyini vurğulayıb:

“İraqda Türkiyənin onlarla iqtisadi və investisiya şirkəti var. İki ölkə arasında illik ticarət həcmi 16 milyardı ötür”.

Sahhaf ölkəsinin sözügedən problemin dialoq yolu ilə həllinə üstünlük verdiyini də əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru