Türk diplomat Türkmənistanda sətəlcəmdən öldü - Bu ölkədə koronavirusun olmadığını deyirlər

8-07-2020, 13:35           
Türk diplomat Türkmənistanda sətəlcəmdən öldü - Bu ölkədə koronavirusun olmadığını deyirlər
Türk diplomat Türkmənistanda sətəlcəmdən öldü
İyulun 7-dən 8-nə keçən gecə Aşqabad Kardiologiya Xəstəxanasında Türkiyə səfirliyinin din üzrə müşaviri Kamal Uçkun dünyasını dəyişib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkiyə səfirliyi bu məlumatı təsdiqləyib.

Kamal Uçkunun iyunun 27-də yüksək temperaturla, nəfəs çatışmazlığı və öskürəklə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ona sətəlcəm diaqnozu qoyulub.

Turkmen.news nəşri diplomatın koronavirus testi edib-etmədiyini öyrənə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru