Türk ekspert: Xilafət qurulsun, Aya Sofya mərkəz olsun!

13-07-2020, 08:28           
Türk ekspert: Xilafət qurulsun, Aya Sofya mərkəz olsun!
Türkiyənin AKİT televiziyasında Aya Sofya ilə bağlı son qərarların müzakirəsi əsnasında söhbət xilafətin yenidən qurulması məsələsinə gəlib.

Axar.az xəbər verir ki, aparıcı Fatin Dağıstanlı gözlənilmədən “Bundan sonra bir də xilafətin qurulması gərəkməzmi?” sualını ekspert Musa Biçkioğluna ünvanlayıb.

Biçkioğlu da öz növbəsində “Mütləq şəkildə... mütləq qurulmalıdır. Xilafətin mərkəzi də Aya Sofya ola bilər”, - deyə bildirib.

Daha sonra ekspert sözlərinə bunları əlavə edib:

“Bunu geridəqalmışlıq kimi təqdim edənlərə deməliyik ki, hansı səbəbdənsə Vatikanda bu kimi hadisəyə inkişaf kimi baxarlar, İsraildə dövlətin başında hahamın olması təqdir edilər. Məsələ xilafət olduqda isə bədəviləşdirilər. Nə üçün olmasın? Gecikmiş hadisədir. Yalnız maliyyə və iqtisadi mənfəətlər baxımından belə ləğv edilməsi böyük yanlışdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.