Bu ölkədə nazir müavini saxlanıldı - SƏBƏB

2-08-2020, 13:32           
Bu ölkədə nazir müavini saxlanıldı - SƏBƏB
Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.

KONKRET.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Abişev büdcə vəsaitini mənimsəməkdə günahlandırılır. “Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Monitorinqi Komitəsi, büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinən Qazaxıstan Respublikası Səhiyyə Nazirinin müavini O. Abisevin İqtisadi Təhqiqat Xidmətinin işçiləri tərəfindən tutulması faktını təsdiqləyir”, – deyə məlumatda bildirilir.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Oljas Abişev 2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunub. O, rəqəmsal və informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru