“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız...” - TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ AZƏRBAYCANLA BİRGƏ TƏLİMLƏRDƏN YENİ GÖRÜNTÜ YAYDI

5-08-2020, 10:39           
“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız...” - TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ AZƏRBAYCANLA BİRGƏ TƏLİMLƏRDƏN YENİ GÖRÜNTÜ YAYDI
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb.
Virtualaz.org xəbər verir ki, nazirliyin Twitter hesabından paylaşılan və rəsmi saytında yerləşən görüntülər bu sözlərlə müşaiyət olunur:
"Yürüyen birer dağız, coşkun seliz, tufanız. Kükreyen aslanlarız, deviz, ateşiz, kanız. Azerbaycan'da icra edilen TurAz Kartalı Tatbikatı planlandığı gibi başarıyla devam ediyor"

Kadrlara əsasən motoatıcı bölmələr tankların müşaiyəti ilə hücumu məşq edir, üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanan zirehli texnika şərti düşmən mövqelərinə doğru şığıyır.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.