Türkiyə hərbi gəmiləri Aralığa göndərir - Misirə CAVAB

7-08-2020, 09:40           
Türkiyə hərbi gəmiləri Aralığa göndərir - Misirə CAVAB
Türkiyə donanması 10-11 avqust tarixləri arasında Aralıq dənizi sahilində döyüş atışlı təlim keçəcək.

Axar.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri NAVTEX sistemi vasitəsilə təlimin keçiriləcəyini bəyan edib.

Türkiyə donanmasının hərbi təlim keçiriləcəyini elan etməsi Yunanıstan və Misirə cavab olaraq dəyərləndirilir.

Qeyd edək ki, Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında müqavilə imzalanıb. Türkiyə XİN açıqlamasında sözügedən müqavilənin heç bir hökmünün olmadığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru