Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu - FOTO

29-09-2022, 11:34           
Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu - FOTO
Türkiyənin Sivas vilayətinin Koyuhisar rayonunda yanacaqdoldurma məntəqəsinin bağçasına helikopter enib.

Hadisəni görənlər gözlərinə inanmayıblar. Helikopter yanacaqdoldurma məntəqəsində tankerdən yanacaq doldurub. Bu anlar stansiyanın təhlükəsizlik kameralarına əks olunub. Qeydə alınan görüntülər sosial şəbəkələrdə gündəm olub.

Məlum olub ki, hər kəsi təəccübləndirən helikopter yüksək gərginlikli xətlərə nəzarət edən özəl enerji şirkəti tərəfindən icarəyə götürülüb. Yanacaqdoldurma məntəqəsinə isə planlı şəkildə enib və xüsusi yanacaq alıb.

Yanacaqdoldurma məntəqəsinin işçilərindən biri ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildirib.

“Yüksək gərginlikli xətlərə nəzarət edən helikopter təcili eniş etmək istədi. Yanacaq tədarükü üçün bizim məntəqəyə üstünlük verdi. İcazə istəyərək eniş etdilər. İlk dəfədir ki, belə bir hadisə baş verir. Ətrafdakı satıcılar həyəcanla izlədilər. Şokda idik. Helikopter çox gözləmədi. Yanacaq doldurdu və sonra yoluna davam etdi. Bizim üçün maraqlı bir xatirə oldu”, - deyə o, hadisəni danışıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru