Ərbakanın oğlu “Cumhur İttifaqı”na QOŞULDU

24-03-2023, 19:14           
Ərbakanın oğlu “Cumhur İttifaqı”na QOŞULDU
Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakaın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası "Cumhur İttifaqı"na qoşulub.

TEREF.AZ modern.az-a istinadla xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Bildirilir ki, partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi "Cumhur İttifaqı"nın tərkibində seçkilərdə iştirak edəcək.

İndiyədək "Cumhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) təmsil olunurdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.