"Binance" Trampın ailəsinə yeni kriptovalyutanı işə salmağa kömək edib

Bu gün, 15:58           
"Binance" Trampın ailəsinə yeni kriptovalyutanı işə salmağa kömək edib
"Binance" kriptovalyuta birjasının komandası ABŞ Prezidenti Donald Trampın ailəsi ilə əlaqəli "World Liberty Financial" layihəsi tərəfindən buraxılan USD1 steyblkoinin mənbə kodunu yazıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, əməkdaşlıq barədə ictimaiyyətə məlumat verilməyib.

"Binance" istifadəçilər arasında USD1-i də təbliğ edib. Birjanın nümayəndəsi bildirib ki, kriptovalyuta standart listinq prosedurundan keçib, lakin texniki iştirakla bağlı şərh verməkdən imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.