İstanbulda Avropanın ən hündür teleqüllələrindən biri satışa çıxarılır

3-06-2023, 11:58           
İstanbulda Avropanın ən hündür teleqüllələrindən biri satışa çıxarılır
İstanbulun Büyükçekmece rayonundakı Endem televiziya qülləsi 1-ci İcra Bürosu tərəfindən satışa çıxarılacaq.

230 metr uzunluğundakı tikiliyə 249 milyon 395 min 434 TL (təxminən 20 milyon manat) qiymət təyin olunub.

Məlumata görə, qüllənin satışına 1 avqust 2023-cü ildən etibarən başlanacaq. Endem İnşaat tərəfindən tikilən və 15 ilə yaxın istifadə olunmayan binada dönərxana, restoran, kafe, bar, baxış meydançası da var. Qüllənin həmçinin baxış meydançasına 60 saniyəyə çata bilən 2 lifti, girişdə avtodayanacağı var.

Xatırladaq ki, televiziya qülləsi 10 mart 2017-ci ildə 7 nəfərin həyatını itirdiyi helikopter qəzası ilə gündəm olmuşdu.
Qeyd edək ki, Endem televiziya qülləsi hündürlüyünə görə Avropada 4-cü, dünyada isə 17-cidir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru