Koronavirusa öldürücü zərbə - Xoş xəbər

3-03-2020, 00:01           
Koronavirusa öldürücü zərbə -
Çində son iki həftə ərzində həm yeni tip koronavirusa yoluxmanın təzəcə təsdiq edilmiş, həm də təxmin edilən hallarının gündəlik sayında ümumən azalmaya doğru meyil müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen məlumat verib.

Bütün ölkədə sağalandan sonra evə buraxılan pasiyentlərin sayının artması meyli müşahidə olunur. Min Fen qeyd edib ki, bu rəqəm son günlərdə 3000 insan civarında olub.

Onun sözlərinə görə, Uxan şəhərində epidemiyanın sürətlə yayılmasının qarşısı alınıb, Xubey əyalətinin Uxan şəhərinin hüdudlarından kənarda olan lokal xəstəlik ocaqları nəzarətə götürülüb. Mi Fen əlavə edib ki, ölkənin Xubey əyalətinin hüdudlarından kənardakı regionlarında epidemik vəziyyətdə müsbət əlamətlər müşahidə olunub.

O bildirib ki, sonra xəstəliyin dəqiq profilaktikasına və nəzarətə götürülməsinə dair tədbirlər görüləcək, bu zaman mikrorayonlarda epidemiyanın profilaktikasına və nəzarətə götürülməsinə, habelə xəstələrin müalicəsinə xüsusi diqqət yetiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru