Ermənistanın baş naziri Ovik Abramyanın hökumətin böyük biznes qurumları üçün elektrik enerjisi qiymətlərinin artırılan hissəsini ödəməyəcəyi barədə açıqlamasından sonra “Talana yox!” hərəkatı yenidən aksiyalar keçirməyi qərara alıb.
SalamNews “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Abramyan hökumətin iclasında dövlət tərəfindən əhalinin elektrik tariflərin artırılmasını subsidiyalaşdıracağını bildirib.
Böyük biznes qurumları isə bu güzəştə daxil edilməyəcək. Kiçik və orta bizneslə məşğul olanlara bunun aid edilib- edilməyəcəyi isə prezidentlə müzakirə olunacaq.
“Talana son!” təşəbbüs qrupu isə hökuməti verdiyi sözə əməl etməyə çağırıb, əks halda onlar küçələrə çıxıb, amansız mübarizəyə başlayacaqlarını bildiriblər. Qrup üzvləri bəyan ediblər ki, yaxın günlərdə mübarizənin forması və atılacaq addımlar barədə daha ətraflı məlumat veriləcək.